Fatih Terim Super Liqaya qayıda bilər

"Qalatasaray"ın və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim yenidən Super Liqaya qayıda bilər.

Newsport.az-ın məlumatına görə, "Trabzonspor" 69 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Qara Dəniz təmsilçisinin rəhbərliyində təmsil olunan bəzi şəxslər təcrübəli məşqçini komandada görmək istəyir. Terimlə rəsmi danışıqların başlanacağı gözlənilir.

Qeyd edək ki, "Trabzonspor" bir müddət öncə Abdullah Avcını istefaya göndərib. Komandanı hazırda Orhan Ak çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right