“Qalatasaray”ın prezidenti Bakıya gəldi Şəhidlər Xiyabanını ziyarət edəcək

"Qalatasaray”ın prezidenti Dursun Özbek bu gün şəxsi təyyarəsi ilə Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə, səfərdə məqsəd “Qarabağ”a qarşı keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq oyununu canlı izləməkdir. Saytımıza daxil olan xəbərə görə, D.Özbək yaxın saatlarda Bakıda Şəhidlər Xiyabanını ziyarət edəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - “Qalatasaray” matçı bu gün saat 20:00-da başlanacaq. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right