“Ən çətin oyunlar qarşıdadır” Mbappe

Fransa milli komandasının hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Niderlandla qarşılaşmasını (4:0) dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“Azarkeşlərimizi məyus etməmək üçün bütün həftə səylə hazırlaşdıq. DÇ-2022-dən sonra ilk dəfə evdə oynadıq. Qaldığımız yerdən davam etmək istəyirik. Bu, ilk uğurlu addımdır. Qrupda etməli olduğumuz çox iş var”.

PSJ-nin forvardı “Yığmanın kapitanı kimi ilk matç necə keçdi” sualını belə cavablandırıb:

“Yaxşı idi. Qol vuraraq komandama kömək edirəm. Bu oyunda da fərqlənə bildim. Bu, başlanğıc idi. Ən çətin oyunlar qarşıdadır”.

Fransa millisi hazırda B qrupunda 3 xalla birinci, Niderland isə 0 xalla sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right