"Mərhələyə qələbə ilə başladığımız üçün xoşbəxtik" - Stefan Kuntz

"Meydanda gözlədiyimiz performansı ortaya qoymadıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşçqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistana qalib gəldikləri (2:1) oyun haqda danışarkən deyib. O, komandasının çıxışından narazı qaldığını bildirb:

"Düzünü desək, yaxşı oynadığımız və uduzduğumuz bir çox oyun olub. Bu görüşdə yaxşı oynaya bilmədik. Tarixə baxsaq, görərik ki,yaxşı oynanılmayıb, uduzdulan görüşlər çoxdur. Mərhələyə qələbə ilə başladığımız üçün xoşbəxtik".

"Mən ilk 30 dəqiqədəki oyunumuzdan qətiyyən razı qalmadım. Müdafiəçilərimizin oyun səviyyəsi çox aşağı idi. Yarımmüdafiəçilərimiz də oyuna kifayət qədər daxil olmadılar. 3-lü müdafiədən 4-lü müdafiəyə keçdik" - deyə Kuntz əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right