"Qarabağ" və "Sabah"ın futbolçuları oynadı, Gürcüstan millisi qalib gəldi

Gürcüstan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, qonşu ölkənin yığması Monqolustanla üz-üzə gəlib. Qarşılaşma Gürcüstan seçməsinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qarşılaşmada Azərbaycanda çıxış edən legionerlər də oynayıblar. "Sabah"ın hücumçusu Davit Volkov matça start heyətdə başlayıb və 71-ci dəqiqəsində əvəzlənib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili 46-cı dəqiqədə oyuna girib. "Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya isə sonadək ehtiyat oyunçular skamyasında qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right