İsveçli futbolçu millimizlə oyunu buraxacaq

İsveç yığmasının futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Newsport.az-ın məlumatına görə, səbəb 29 yaşlı sol cinah müdafiəçisinin Belçikaya 0:3 hesabı ilə uduzduqları matçda zədələnməsidir.

Yığmanın düşərgəsini tərk edən İspaniya "Malyorka"sının üzvünü İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema əvəzləyib.

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right