“Futbolçularım çox sadəlövh oynadılar” Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Fransa ilə oyunundan sonra (0:4) açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, yaxşı oynamadıqlarını deyib:

“Topu qapının 20 metrliyində itirdik və güclü rəqib tərəfindən cəzalandırıldıq. Futbolçularım çox sadəlövh oynadılar.

Təəssüf ki, bir çox futbolçum virusa yoluxduğu üçün oyunu buraxdı. Lakin əsas məsələ bu deyil. Şübhəsiz ki, yaxşı oynamadıq”.

Niderland millisi hazırda AÇ-2024-ün B qrupunda 0 xalla sonuncu, Fransa isə 3 xalla birincidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right