“Biz xoşbəxtik” Millinin baş məşqçisi

Belçika milli komandasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İsveçlə matçını (3:0) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, futbolçuları arasında birlik olduğunu söyləyib:

“Bu, həqiqətən əla nəticədir. Təkcə meydanda yox, həm də ehtiyat oyunçular skamyasında da yaxşı əhval-ruhiyyə hiss edirdim. Birlik var idi. Bu, komandanın qələbəsidir.

Kevin de Bruyne kapitan kimi ilk oyununda qalib gəldi. Bunun üçün şadam. Romelu Lukaku üç qol vurdu. Bu, heyrətamizdir. Biz xoşbəxtik”.

Belçika millisi hazırda Azərbaycan yığmasının da yer aldığı F qrupunda 3 xalla ikinci, İsveç isə 0 xalla sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right