50-ci qolunu vurdu

Martın 24-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Misir millisi Malavini qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Hesabı 20-ci dəqiqədə Məhəmməd Salah açıb. FİFA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Liverpul”un hücumçusu üçün bu qol millinin heyətində 50-ci olub.

30 yaşlı hücumçu milli komandanın heyətində cəmi 86 matçda 50 qol vurub və 26 məhsuldar ötürmə edib. Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right