Millimizlə oyundan əvvəl bu rekorda sahib çıxdı

İsveç millisinin forvardı Zlatan İbrahimoviç AVRO- 2024-ün seçmə mərhələsinin Belçika ilə görüşündə (0:3) meydana sonradan daxil olub.

Newsport.az "B/R Football"a istinadən xəbər verir ki, 41 yaşlı isveçli Avropa çempionatının seçmə mərhələlərində oynamış ən yaşlı futbolçu adına sahib çıxıb.

İbrahimoviçdən əvvəl seçmə mərhələ tarixinin ən yaşlı oyunçusu 1983-cü ildə 41 yaş 3 aylığındaİsveçə qarşı oynamış İtaliya millisinin keçmiş qapıçısı Dino Zoff idi. 

Final mərhələlərinin rekordçusu Macarıstan yığmasının sabiq qapıçısı Qabor Kiralıdır.

O, 2016-cı ildə Belçikaya qarşı 40 yaş 2 ay 25 günlüyündə oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right