"Sabah uduzsanız, Türkiyəyə necə qayıdacaqsınız" sualına belə cavab verdi

"FİFA reytinqinə baxanda Millətlər Liqası ilə Avropa çempionatı arasında fərqi görmək mümkündür. Bizim məqsədimiz Almaniyada keçiriləcək Avropa çempionatına getməkdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"İspan futbol tərzi erməni futboluna bir az daha çox təsir etdi, lakin koronavirus müddətindən sonra baş məşqçiləri dəyişdi və komanda daha da gəncləşdi. Rəqibin Rusiya U21-də və ya "Bavariya-2"də çıxış etmiş oyunçuları var. Ona görə də öz təhlilimi bir kənara qoyub, komandama diqqət edirəm”.

Stefan Kuntz erməni müxbirin "sabah uduza bilərsiniz. Əgər belə bir şey olarsa, ölkənizə necə qayıdacaqsınız" sualına belə cavab verib: “Mən beynimdə o ssenarini düşünmürəm".

O, bütün futbolçularının oynaya biləcək durumda olduğunu vurğulayıb: "Tayyib Talha və Abdülkerim Bardakcı zədə səbəbindən heyətdən uzaqlaşdırılsa da, digər oyunçularımızın səhhəti yaxşıdır".

Qeyd edək ki, sabah keçiriləcək Ermənistan - Türkiyə oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right