Sautqeyt: “İki fərqli hissə izlədik”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İtaliya ilə görüşünü (2:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, rəqibin səhv qərarlarından danışıb:

“İlk hissəni əla keçirdik. Fasilədən sonra hər şey daha çətin oldu. İki fərqli hissə izlədik. Öncə oyunu mükəmməl idarə etdik, rəqibə təzyiqdən səmərəli istifadə etməyə imkan vermədik.

Futbolçularım üçüncü qolu da vura bilərdi. Rəqib fasilədən sonra bir neçə səhv qərar verdi. Bu da oyunun tərzini dəyişdi”.

İngiltərə yığması hazırda AÇ-2024-ün C qrupunda ikinci, İtaliya isə dördüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right