Lionel Messi karyerası ərzində 800-cü qolu vurdu

Argentina milli komandası yoldaşlıq görüşündə Panama yığması ilə üz-üzə gəlib.

Newsport.az xəbər verir ki, paytaxt Buenos Ayresdəki "Monumental  Stadionu"nda baş tutan qarşılaşma ev sahiblərini 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matç Argentina seçməsinin kapitanı Lionel Messi üçün əlamətdar olub. 89-cu dəqiqədə fərqlənən PSJ-nin hücumçusu karyerası ərzində 800-cü qolunu vurub.

Messi Kriştiano Ronaldodan sonra 800 qol vuran ikinci futbolçu olub. Portuqaliyalı ulduz bu göstəriciyə 2021-ci ilin dekabr ayında imza atmışdı.

Lionel Messi 672 qolu "Barselona"nın heyətində vurub. PSJ-də 30 dəfə fərqlənən 35 yaşlı hücumçu 98 dəfə isə Argentina yığmasının forması ilə qol sevinci yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right