Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi

Futbol üzrə Niderland millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Fransa və Cəbəllütariq yığmalarına qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sven Botman (“Nyukasl”), Kodi Qakpo (“Liverpul”), Mateys de Liqt (“Bayern”), Coui Verman (PSV) və Bart Verbrugen (“Anderlext”) yığmadan ayrılıb. Onların əvəzində Rayan Qravenberx (“Bayern”), Kyell Sxerpen (“Vitess”) və Stefan de Vrey (“İnter”) yığmaya dəvət alıblar.

Niderland yığması martın 24-də Fransa millisinin qonağı olacaq, ayın 27-də isə Cəbəllütariqi qəbul edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right