Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisini Tolunay Kafkas çalışdıracaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Son iş yeri Türkiyə U-21 millisini olan Tolunay Kafkas "Ankaragücü"nün baş məşqçisi postunda Sedat Ağçayı əvəz edib.