"Barselona"nın forvardı Neymar "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu belə açıqlama verib:
"Belə şeyləri eşidəndə tamamilə o haqda fikirləşmirəm. Özümü çox rahat hiss edirəm. Mən çox şadam ki, "Barselona"da oynayıram, xüsusi ilə belə komanda yoldaşları ilə... "Barselona" azarkeşləri narahat olmasın".
Bir neçə gün öncə "Mançester Yunayted"in Neymar üçün 190 milyon avro təklif edəcəyi xəbəri yayılmışdı.