"Borussiya"dan Nuri Şahinə təklif

Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Nuri Şahin Almaniyada işləyə bilər.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı mütəxəssisin xidmətində "Borussiya" maraqlıdır. Dortmund təmsilçisi türk məşqçiyə akademiyanın koordinatoru vəzifəsini təklif edib. O, təklifi qəbul etsə, Bundesliqa klubunun baş məşqçisi Edin Terziçlə birlikdə çalışacaq.

Qeyd edək ki, Nuri Şahin futbolçu karyerasını bitirdikdən sonra "Antalyaspor"da məşqçiliyə başlayıb. Türkiyə millisinin sabiq üzvü baş məşqçi kimi komandanı 63 matça çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right