"Roma"nın hücumçusu "Yuventus"dan 54 milyon avro tələb edir

"Roma"da çıxış edən Paulo Dibala sabiq klubu "Yuventus"u məhkəməyə verəcək.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu 2021-ci ildə yeni müqavilə ilə bağlı razılıq əldə etdikdən sonra sözləşməni təktərəfli ləğv edən klubdan şikayətçidir. 30 yaşlı forvard Turin təmsilçisindən 54 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Paulo Dibala 2015-2022-ci illər ərzində "Yuventus"da çıxış edib. Argentina millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 293 matçda 115 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right