Xavi ilə yeni müqavilə bağlanacaq

“Barselona” baş məşqçi Xavi ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssislə sözləşməni bir il daha uzatmaq niyyətindədir.

Xavi 2021-ci ildən “Barsa”nın “sükanı arxasındadır”. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 68 xalla birincidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right