“Yuventus” İtaliya A Seriyasının 27-ci turunda “İnter”i məğlub edib (1:0).
Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi 1976/77 mövsümündən sonra (46 il) ilk dəfə İtaliya çempionatında “İnter”i iki dəfə məğlub edib (2:0, 1:0) və bu qarşılaşmalarda qol buraxmayıb.
“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 41 xalla yeddinci, “İnter” isə 50 xalla üçüncüdür.