Türkiyə Super Liqasının 26-cı turunun “Ankaragücü” ilə oyunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, 60 yaşlı mütəxəssis ölkə çempionatında ən çox oyuna çıxan baş məşqçiyə çevrilib.
Sözügedən oyun bu baxımdan onun 622-ci matçı olub. Bundan əvvəlki rekord Samet Aybabaya məxsus idi – 621 oyun. İlk üçlüyü 593 matçla Şenol Günəş qapayır.
Xatırladaq ki, “Sivasspor” baş məşqçisinin tarixə keçdiyi bu qarşılaşmada 2:0 hesablı qələbəyə sevinib.
Çalımbay 2019-cu ilin yayından “Sivasspor”a rəhbərlik edir. O, daha öncə 2010-2013-cü illər aralığında da Sivas təmsilçisində baş məşqçi olub.