"Mançester Siti"dən "Barselona"ya

"Mançester Siti"nin müdafiəçisi, icarə əsasında "Bavariya"da çıxış edən Joao Kanselo İspaniyaya yollana bilər.

Newsport.az-ın məlumatına görə, müdafiəçi "Barselona"nın transfer siyahısında yer alıb.

Kataloniya klubunun baş məşqçisi Xavinin Kanselo üçün rəhbərliklə danışdığı və onun yayda transfer edilməsini istədiyi bildirilir.

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsman futbolçunun gözlənilən səviyyədə çıxış etməməsinə görə, onun xidmətində maraqlı deyil.

28 yaşlı müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right