İspaniya La Liqasında II turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, tur çərçivəsində milli komandamızın futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar” doğma meydanında Bilbao "Atletik”ini qəbul edib. Qarşılaşma "Eybar”ın 2-0 hesablı qələbə qazanıb. Milli komandamızın yarımmüdafiəçisi matçı ehtiyat oyunçular skamiyasından izləyib.
Qeyd edək ki, II turdan sonra maksimum nəticə qazanan "Eybar” turnir cədvəlində liderliyə yüksəlib. Eddinin komandası liderliyi "Selta” ilə birgə bölüşdürür.