Messi "Əl-Hilal" rəsmiləri ilə görüşəcək

Aprelin əvvəlində PSJ-nin futbolçusu Lionel Messi, eləcə də onunla çalışan şəxslər “Əl-Hilal”ın rəhbərliyi ilə görüşəcək.

Newsport.az-ın məlumatına görə, görüşün məqsədi argentinalı hücumçunun mümkün transferi ilə bağlı danışıqlara başlamaq və mühüm addımlar atmaqdır.

Bundan əvvəl Messinin cari mövsümün sonunda “Barselona”ya qayıtmaq istədiyi barədə məlumat yayılmışdı. Bu onun üçün prioritetidir.Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Argentinalı 2021-ci ildən parislilərin heyətində çıxış edir. Messi bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right