"Beşiktaş"ın müdafiəçisi Ermənistana qarşı oynaya bilməyəcək

Türkiyə millisinin heyətində bir futbolçu çıxarılıb.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç AVRO-2024-ün seçmə mərhələsinin Ermənistan və Xorvatiya ilə görüşləri üçün nəzərdə tutulan heyətə cəlb edilsə də, zədələndiyi üçün düşərgədən göndərilib. 

23 yaşlı müdafiəçi "Beşiktaş"ın həkimlərinin nəzarəti altında müalicəsini davam etdirəcək.

Türkiyə millisi martın 25-də Ermənistanın qonağı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right