Rüfət Dadaşov oynadı, "Şakle" məğlub oldu

Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Proyssen Münster”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Şalke" 36 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right