Millimizin rəqibinin hücumçusu zədələndi

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriyanın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, yığmanın hücumçusu Marko Arnautoviç sıradan çıxıb. "Bolonya"nın futbolçusu İtaliya A Seriyasının 27-cı turunun "Salernitana" ilə matçında (2:2) ayağından zədələnib. 65-ci dəqiqədə oyuna girən 34 yaşlı forvard 81-ci dəqiqədə meydanı tərk etməli olub.

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 27 mart tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right