UEFA ötən mövsüm Avropa Liqasında final oynamış Ukraynanın "Dnepr" klubunu cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, Dnepropetrovsk təmsilçisi növbəti 2 ev oyununu azarkeşsiz keçirəcək.
Buna ötən mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukrayna klubunun fanatlarının elə ötən mövsüm "Napoli”ylə yarımfinal matçından sonra meydançaya axışması səbəb olub. Azarkeşlər klub tarixində ilk dəfə finala vəsiqə qazanılmasını çılğınlıqla bayram etmişdi.
Azarkeşlərin qaydalara zidd hərəkətləri "Dnepr”in cəzalanmasına gətirib çıxarıb. İndi Dneprdə keçiriləcək ilk 2 qrup oyununda azarkeş olmayacaq. Miron Markeçivin komandası "Latsio” (17 sentyabr) və "Sent Etyen”lə (22 oktyabr) ev oyunlarını boş tribunlar önündə keçirməli olacaq.