35 yaşlı qapıçı Avroliqada həftənin ən yaxşısı oldu

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Newsport.az-ın məlumatına görə, bu ada “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan layiq görülüb.

Portuqaliyadan olan 35 yaşlı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.

Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə) və Lazare Amani (“Yunion”, Belçika) də namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right