Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
Newsport.az-ın məlumatına görə, bu ada “Gent”in (Belçika) hücumçusu Gift Emmanuel Orban layiq görülüb.
Nigeriyadan olan 23 yaşlı forvard “Başakşəhər”ə (Türkiyə) 4:1 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşısı adına Yesper Karlsson (“Alkmaar”, Niderland), Bart Verbruggen (“Anderlext”, Belçika) və Carrod Bouen (“Vest Hem”, İngiltərə) də namizəd idi.