Almaniya II Bundesliqasında V turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, sözügedən tur çərçivəsində milli komandamızın oyunçusu Dmitri Nazarovun komandası "Karlsrue” səfərdə "Ayntraxt Braunşveyq”lə qarşılşıb. Nazarovun ehtiyyatda oturduğu matçda "Karlsrue” qapısından 6 top buraxıb. Qarşılaşma meydan sahiblərinin 6-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nazarovun komandası V turdan sonra 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.