"Qalatasaray"ı qarşılamaq istəyən azarkeşlər üçün: "sarı qırmızılar"ın gəliş saatı məlum oldu

"Qarabağ"la yoldaşlıq oyunu keçirəcək "Qalatasaray"ın Azərbaycana səfər proqramı bəlli olub.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar" 25 mart tarixində Bakıya gələcək. İstanbul təmsilçisini gətirəcək təyyarı saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

"Cim bom" "Fairmont Hotel"də məskunlaşacaq. Okan Burukun rəhbərlik etdiyi kollektiv Bakıda məşqə çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right