UEFA "İnter"in futbolçusu Hakan Çalhanoğlunu Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə matçın (0:0, ilk oyun - 1:0) ən yaxşı oyunçusu seçib.
Newsport.az xəbər verir ki, o, ardıcıl 2-ci dəfə Portuqaliya klubu ilə matçın ən yaxşı oyunçusu adına layiq görülüb.
Türkiyə millisinin üzvü bu görüşdə sərfəli nəticə əldə edərək növbəti mərhələyə yüksəlmələrindən sonra açıqlama da verib: "Çempionlar Liqasında hər şey ola bilər. Bu matç bizə motivasiya oldu və yaxşı iş gördük. Final fiti səslənənə qədər çalışdıq və 1/4 finala yüksəldik".
Hakan 2011-ci ildən sonra ilk dəfə 1/4 finala yüksəlməyin sevincini yaşadığını vurğulayıb: "Bu qədər ildən sonra Çempionlar Liqasında bu uğura nail olmaq sevindiricidir. Komandamızla qürur duyuram. Səhvlər etdik, amma yekundə yaxşı iş gördük. Çətin oldu. Komanda yoldaşlarımı təbrik edirəm".