Bu gün Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.
Newsprot.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Başakşəhər” Türkiyədə Belçikanın “Gent” komandası ilə üz-üzə gələcək. Bu komandalar arasında Belçikada baş tutmuş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu üzdən cavab matçında qalib gələn tərəf mərhələ adlayacaq.
Raundun digər cavab oyunları martın 16-da keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
15 mart
21:00. “Başakşəhər” (Türkiyə) – “Gent” (Belçika)
Baş hakim: Benua Bastyen (Fransa).
İlk oyun – 1:1.
İstanbul, “Başakşəhər Fatih Terim” stadionu.