İspaniya La Liqasına uğurlu start verərək ilk iki turda 4 xal toplamağı bacaran "Vilyereal” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "sualtı qayıqçılar” "Barselona”nın futbolçusu Denis Suaresi heyətinə qatıb. Klubun rəsmi saytı məlumat verirb ki, 21 yaşlı futbolçu cari mövsümü "Madrdiətrafı qəsəbə” təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Suarez "Barselona”nın "B” komandasının üzvüdür. O, ötən mövsümü icarə əsasında "Sevilya”da keçirib.