“Milan” yayda Zlatan İbrahimoviçin yerinə yeni hücumçu almağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, namizədlər arasında “Zalsburq”dan Noa Okafor, icarə əsasında “Reyms”də çıxış edən “Arsenal”ın futbolçusu Folarin Baloqun yer alır.
41 yaşlı İbrahimoviçin Milan təmsilçisi ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. 2022/23 mövsümündə o, iki oyunda meydana çıxıb.