Futbol üzrə Almaniya 3-cü liqasında 26-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Essen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu penaltini dəqiq yerinə yetirən Dmitri vurub. O, 22 və 30-cu dəqiqələrdə fərqlənib.
“Ersgebirge” hazırda 33 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.