Şeyx Casim bin Hamad Əl Tani fikrini dəyişib. O, uyğun qiymət olmayacağı təqdirdə, “Mançester Yunayted”i almayacaq.
Newsport.az xəbər verir ki, qətərli investorlar ilk öncə İngiltərə klubunu almaq üçün hər cür fədakarlığa hazır idi. Lakin mançesterlilərin sahibi olan Qleyzerlər ailəsinin qiyməti artırmağa davam etməsi onların fikrini dəyişib. Əl Tani 4,5 milyard funt-sterlinqlik təklifini yeniləməyəcək.
Qleyzerlər ailəsi ilk təklif zamanı 5 milyard funt-sterlinq tələb edirdi. Lakin daha sonra onlar ərəblərin razılaşacağı düşüncəsi ilə qiyməti 6 milyarda qaldırdı.