İran - Rusiya matçı azarkeşsiz keçiriləcək

Martın 23-də İran və Rusiya milliləri Tehranın "Azadi" stadionunda yoxlama görüşündə üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, İran Futbol Federasiyası yoldaşlıq oyununun böyük ehtimalla tamaşaçısız keçiriləcəyini açıqlayıb.

Federasiyanın mətbuat xidmətindən məsələ ilə bağlı bu cür açıqlama gəlib:

"İndiyə olan məlumat budur ki, Rusiya və İran millilərinin görüşü tamaşaçısız keçiriləcək. Lakin hələlik rəsmi qərar verilməyib. Ola bilsin ki, nəsə dəyişsin və azarkeşlər oyuna buraxılsın. Dəqiq olan odur ki, yoldaşlıq görüşünə bilet satışı yoxdur. Lakin dediyim kimi, bəlkə gələcəkdə nəsə dəyişəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right