“Korintians”ın yetirməsinə 6 klubdan dəvət var

Daha bir braziliyalı istedad Avropaya yollanmaq üzrədir. “Korintians”ın 17 yaşlı vingeri Pedro dos Santos uğrunda qitə nəhəngləri yarışır.

Newsport.az “Goal Brazil”ə istinadla xəbər verir ki, Dortmund “Borussiya”sı, “Ayaks”, PSV, “Brayton”, “Nyukasl” və “Zenit” gənc oyunçu çün Cənubi Amerika klubuna rəsmi təklif göndərib. “Korintians” daha iki müqaviləsi qalan yetirməsini 40 milyon avroya satmaq niyyətindədir.

Bu yarışda “Borussiya” və “Ayaks” favorit görünür. Futbolçu və klubu qərarını cari mövsüm bitəndən sonra verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right