Millinin sabiq kapitanına ömürlük cəza

Suriya Futbol Assosiasiyası (SFA) millinin sabiq kapitanı, “Əl-Caiş”in futbolçusu Əhməd Əl-Salihini hakimə hücum etdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.

Newsport.az xəbər verir ki, martın 3-də keçirilən görüşdə – “Əl-Vatb”la çempionat oyununda qırmızı alan Əl-Salih referini təpiklə vuraraq ona tüpürüb və söyüb.

Əhməd matç başa çatandan sonra da stadionun tunelində hakimin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib.

SFA futboldan ömürlük uzaqlaşdırdığı oyunçuya pul cəzası da kəsib. 33 yaşlı Əl-Salihin bu qərardan şikayət etmək hüququ olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right