Konte gedir, o gəlir

"Tottenhem" baş məşqçisi Antonio Konteni istefaya göndəmək niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Komandanın Çempionlar Liqasının 1/8 finalında "Milan" səddini keçə bilməyib (0:1, 0:0) mübarizəni dayandırması rəhbərliyin Konteni istefaya göndərmək istəməsinə səbəb olub. 

"Tottenhem" artıq 53 yaşlı mütəxəssisin əvəzləyicisini də tapıb. Klub komandanı keçmiş baş məşqçisi Maurisio Poçettinoya həvalə etmək niyyətindədir.

Qeyd edək ki, Konte 2021-ci ildən "Tottenhem"in baş məşqçisidir. Poçettino isə 2014-2019-cu illərdə bu komandanı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right