“Mançester Yunayted” Kamavinqanı istəyir

“Mançester Yunayted” “Real”ın daha bir futbolçusuna elçi düşüb. Ötən yay Karlos Kazemironu transfer edən İngiltərə klubu indi də Eduardo Kamavinqanı hədəf alıb.

Newsport.az xarici mətbuata əsasən xəbər verir ki, “qırmızı şeytanlar” Fransa millisinin yarımmüdafiəçisi üçün 115 milyon funt-sterlinq ödəməyə hazırdır. Mövsüm bitən kimi rəsmi təklif İspanya klubuna gönrəriləcək.

“Real” Konqo əsilli fransalını 2021-ci ilin yayında “Renn”dən transfer edib. Madridlilər onun üçün 31 milyon avro xərcləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right