Ten Haq: "Qəzəblənirəm"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq ötən gün İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"a 0:7 hesablı məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, mütəxəssis matçda qeyri-peşəkar oynadıqlarını deyib və komandanı tənqid edib:

“Düşünürəm ki, ilk hissəni layiqli keçirdik. Fasiləyə az qalmış oyunun təşkilində bir səhv oldu. İkinci hissədə sadəcə biz yox idik. Bu, bizim standartlara uyğun deyil. Biz komanda şəklində oynamadıq. Bu, qeyri-peşəkar idi. Mən qəzəblənirəm. Təəccüblənirəm, çünki son həftələrdə və aylarda bu komandanın möhkəm və qalib gəlmək əzmində olduğunu gördüm. İkinci hissədə, ümumiyyətlə, qələbə əhval-ruhiyyəmiz yox idi. Plana sadiq qalmadıq, işimizi görmədik. Bu, həqiqətən də qeyri-peşəkar idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right