"Leyptsiq"in yarımmüdafiəçisi millimizə qarşı oynamayacaq

Almaniyanın "Leyptsiq" klubun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Xaver Şlaqer sıradan çıxıb. 25 yaşlı futbolçu ölkə çempionatının 23-cü turunun "Borussiya" ilə (Dortmund) matçında (1:2) zədələnib.

Sağ ayağının topuğundan xəsarət alan avstriyalı yarımmüdafiəçi əməliyyat olunacaq və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Avstriya millisinin də üzvü olan Şlager martın 24-də Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yıgmasına qarşı keçiriləcək görüşü buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right