Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunda çıxış edən Kriştiano Ronaldo Türkiyədəki zəlzələ qurbanlarına yardım edib.
Newsport.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu təyyarə ilə bu ölkəyə yardım göndərib. Məlumatı "Daily Mail" nəşri yayıb. 37 yaşlı hücumçu zəlzələ qurbanları üçün qida, çadır, isti geyimlər və s. yollayıb.
Qeyd edək ki, 6 mart tarixində Türkiyənin 10 şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 45 mindən çox insan həlak olub.