Azərbaycanlı "Dinamo" üzərində qazanılan qələbədə pay sahibi oldu

Ukraynada Premyer Liqanın 16-cı turunun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin çıxış etdiyi “İnqulets” səfərdə “Dinamo” ilə qarşılaşıb.

Kiyevdə keçirilən görüş Nağıyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Dmitri 52-ci dəqiqədə əvəzlənib.

Həmin vaxta qədər onun komandası artıq 2:0 öndə olub. Hazırda 16 xala malik "İnqulets" 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right