"Fənərbaxça"dan qalibiyyət, "Trabzonspor"dan məğlubiyyət

Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, "Fənərbaxça" "Kayserispor"a 2:1, "Umraniyespor" "Trabzonspor"a 2:1, "Fatih Karagümrük" "Sivasspor"a 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla (22 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 51 xalla (23 oyun) 2-ci, "Beşiktaş" 40 xalla (22 oyun) 3-cüdür.

4 mart

"Kayserispor" - "Fənərbaxça" - 1:2
Qollar: 
Valensiya, 6 (0:1), Kadioğlu, 67 (0:2), Qavranoviç, 90+6 (1:2)

"Trabzonspor" - "Umraniyespor" - 1:2
Qollar: 
Sekidika, 51 (0:1), Nayir, 65 (0:2), Yazıcı, 83 (1:2)

"Fatih Karagümrük" - "Sivasspor" - 4:3
Qollar:
 Kaysedo, 27 (0:1), Dian, 45+4 (1:1), 53 (2:1), Ozdoyev, 69 (3:1), Dian, 80 (4:1), Ceyms, 90+1 (4:2), 90+6 (4:3)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right