Türkiyə klubu azərbaycanlı futbolçu ilə maraqlanır

Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yenidən ölkə xaricinə yollana bilər.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçiyə xarici klublardan maraq göstərənlər var.

Onlar arasında Türkiyə və Kipr klubları yer alıb. Ancaq məsələ burasındadır ki, Kiprdə hazırda "transfer pəncərəsi" bağlıdır. Mənbənin iddiasına görə, Abdullayev Türkiyəyə yollanmağa yaxın olsa da, ən yaxşı halda yayda ora yollanmaq istəyir. Arazın xidmətində maraqlı olan klublardan biri "Tuzlaspor"dur. Hazırda birinci divizionda mübarizə aparan adıçəkilən komanda turnir cədvəinin 12-ci pilləsində yer alıb.

Araz karyerası ərzində “Neftçi”, “Everton”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, Boluspor”, “Etnikos”, “Sumqayıt” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right