Millimizin üzvünün oynadığı matçda 6 qol vuruldu

Futbol üzrə Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "İnçeon"la qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan 24 yaşlı müdafiəçi sona qədər oynayıb. Milli üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

"Tecon Xana Sitizen" iki turdan sonra 4 xalla 2-ci sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right